"Liverpul" klubu "Barselona" və "Real Madrid"in rekordlarını yeniləyib

 

İngiltərənin "Liverpul" klubu bir mövsümdə vurulan qol sayında avrokubok rekordunu yeniləyib.

"Report"un məlumatına görə, həmin topun müəllifi İtaliyada "Roma" ilə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşünün 25-ci dəqiqəsində fərqlənən Jorjinyo Veynaldum olub.

O, son 14 qarşılaşmada komandasının 46-cı qolunu vurub. Bu göstərici isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur.

Əvvəlki məhsuldarlıq rekordu İspaniya "Barselona"sına məxsus olub. Kataloniya komandası 1999-2000 mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.

Digər tərəfdən, "Liverpul"un Sadio Mane, Roberto Firmino və Məhəmməd Salahdan ibarət hücum "trio"su 29 qolla ÇL-in məhsuldarlıq rekordunu müəyyənləşdirib. Cavab görüşündə ilk topun müəllifi olan Mane aktivindəki qolların sayını 9-a çatdırıb. Firmino və Salah isə hərəyə 10 dəfə fərqlənib.

Daha əvvəl bu rekord "Real Madrid"in Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beyldən ibarət "üçlüy"ünə məxsus olub. Onlar 2013-2014 mövsümündə üst-üstə 28 qol vurublar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300