Roman Abramoviç İsveçrə məhkəməsində ifadə verdi 

 

Rusiyalı iş adamı Roman Abramoviç Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) qarşısında 19 il əvvəlki borca görə İsveçrə məhkəməsinin iclasında iştirak edib.

İlkin olaraq, EBRD Abramoviçdən və onun tərəfdaşlarından 17,5 milyon dollar tələb edib. Hazırda tələb edilən məbləğ faiz və dəbbələr üzündən 46 milyon dollara qədər yüksəlib.

Virtualaz.org "Ekomonika seqodnya” nəşrinə istinadən xəbər verir ki, 2005-ci ildə EBRD İsveçrə məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "Runicom SA.”dan pulunu tələb edib. Bu zaman bank 2002-ci ilin dekabr ayında Moskva bankının 17,5 milyon dollarlıq iddianı haqlı tanımasını əsas gətirib.

Eyni zamanda, "Runicom SA” müflis elan edilib. Bu səbəbdən EBRD şirkətin keçmiş direktorları Roman Abramoviç və Yevgeni Şvidlerə, o cümlədən "Sibneft” şirkətinə qarşı iddia qaldırıb.

"Runicom”un borcunu EBRD-yə üçüncü tərəf – "SBS-Aqro” bankı ötürüb. Həmin bank isə, öz növbəsində, EBRD bu quruma Rusiyada kiçik biznesin dəstəklənməsi proqramı çərçivəsində borc verdikdən sonra bağlanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300