CHP-nin namizədi Muharrem İncə olacaq?

 

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca parityalar arasında müxtəlif namizdlərin adları önə çıxır.

CHP və İYİ partiya parlamentdə tək blokda getmələrinə rəğmən prezidentliyə vahid namizədlik məsələsində hələ ki razılığa gələ bilməyiblər.

Adı CHP-nin prezidentliyə namizədlər sırasında hallanan İlhan Kəsici isə bu gün gözlənilməz açıqlama verərək Yalova millətvəkili Muharrem İncənin isminin önə çıxdığını bəyan edib.

Musavat.com Türkiyənin "Habertürk” qəzetinə istinadən xəbər verir ki, İlhan Kəsici bu münasibətlə hətta Muharrəm İncəni arayaraq təbrik etdiyini söyləyib.

"Habertürk” qəzetinin yazarı Muharrem Sarıkaya isə CHP içində Muharrem İncənin namizədliyi ilə bağlı tərəddüdlərin qaldığını bildirib.

O, bu barədə hətta CHP sədri Kamal Kılıçdaroğlunun da fikrini aldığını qeyd edib. Kılıçdaroğlu ona "Kimsəyə namizədlik barədə heç bir söz söyləməmişəm. Yalnız mənə ən yaxın 1-2 isim bununla əlaqədar təffərrüatı bilirlər. Namizədimizi sabah açıqlayacağam” sözlərini deyib.

Yalova millət vəkili Muharrəm İncə isə özünü CHP-nin namizədi olacağı barədə iddialarla bağlı olaraq jurnalistlərə sabah saat 10:00-a qədər gözləməyi məsləhət görüb.

Bundan başqa, Muharrem İncə prezidentlik yarışında daha çox iştirakçının olmasına tərəfdar olduğunu və buna görə də təkbaşına namizədliyini irəli sürənlərə CHP-lilərin də yardım etməsi gərəkdiyini vurğulayıb.

İxtisasca fizik olan Muharrem İncə Türkiyənin indiki prezidenti Rəcəp Tayyip Ərdoğanın ən sərt tənqidçilərindən sayılır. Muharrem İncə 2014-cü ilin sentyabrında keçirilən paritya qurultayında Kamal Kılıcdaroğlunu rəqibi olub. O, məğlub olsa da 405 qurultay nümayəndəsinin dəstəyini qazanaraq partiya içində nüfuzunu möhkəmləndimişdi.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300