Vladimir Putin və Nursultan Nazarbayev Ermənistandakı vəziyyəti müzakirə ediblər

 

Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev telefonla Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Bu barədə "Report" Qazaxıstan prezidentinin saytına istinadən xəbər verir.

"Söhbət zamanı Qazaxıstan və Rusiya prezidentləri ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Ermənistandakı vəziyyəti müzakirə ediblər", - məlumatda deyilir.

Telefon danışığı zamanı V.Putin həmçinin N.Nazarbayevlə mayın 14-də Soçidə keçirilməsi planlaşdırılan Ali Avrasiya İqtisadi Şurasının iclası barədə də danışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300