Rusiya boyu kütləvi həbslər gedir

 

Rusiyada prezident Vladimir Putinin sabaha təyin edilmiş inauqurasiya mərasimi ilə eyni vaxtda müxalifət lideri Aleksey Navalnının bütün ölkə boyu insanları "Bizə Çar lazım deyil!” şüarı ilə küçələrə çıxmağa çağırması kütləvi həbslərə səbəb olub. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Navalnının tərəfdarları bir sıra şəhərlərdə polisə aparılır, barələrində inzibati həbs qərarı çıxarılır.

Peterburqda Navalnının qərargahının könüllüsü və"Peterburq baharı”hərəkatının koodinatoru İlya Gantvarqı saxlayıblar. Çeboksarıda Navalnının qərargahının rəhbəri Sergey Koçkin və 5 may aksiyasının təşkilatçıları polisə aparılıb. Kemerovoda da Navalnının tərəfdarlaır polisə aparılıb və onlara sabahkı aksiyaya çıxmamaq barədə xəbərdarlıq edilib.

Ryazan, Tambov və Krasnodarda da Navalnının tərəfdarlarının saxlanılması haqda xəbərlər gəlir. Onları ya cərimələyirlər, ya inzibati həbsə məhkum edirlər. Volqoqradda isə prokurorluq əməkdaşları məktəbə gələrək Navalnının qərargahının könüllüsünü "O bizə Çar deyil” aksiyasının yolverilməzliyi barədə xəbərdar edib. Yekatrinburqda da polis Navalnının qərargahına basqın edib. Onlar axtarış aparıblar və 5 may aksiyası ilə bağlı plakatları müsadirə ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300