Qoyun oğruları saxlanılıb 

 

Mayın 4-də Ucar Rayon Polis Şöbəsinə müraciət edən Yuxarı Çiyni kənd sakini Elnur Kərimov aprelin 13-nə keçən gecə yardımçı təsərrüfatından 1 baş qoyununun oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə
onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 28-nə keçən gecə Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300