İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başa çatıb

 

Azərbaycanın ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün verilən 5 günlük əlavə yaz tətili başa çatıb.

"Report" xəbər verir ki, tətil mayın 1-dən 5-dək davam edib.

Mayın 5-i şənbə günü olduğuna görə ibtidai siniflərdə oxuyanlar dərsə bu gündən gediblər.

Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib. Yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300