Rusiya prezidentinə qarşı inanılmaz iddialar

 

İspaniyada "rus mafiyası” üzərində məhkəmə başa çatıb

İspaniyanın paytaxtı Madrid şəhərində "rus mafiyası” üzrə iş başa çatıb. Prosesi izləyən Fransanın "Mediapart” qəzetinin yazarı Pyer Haffner istintaqın 10 ildən çox davam etdiyini yazıb. İyun ayında hökmün veriləcəyi gözlənilir.

İspaniya polisinin verdiyi xəbərə görə, ittiham olunan şəxslər Kremldə oturan nüfuzlu adamlarla əlaqədə olublar, hətta onların əmrlərini icra ediblər. "İspaniya hüquq-mühafizə orqanlarının ”Troyka" adlandırdığı xüsusi əməliyyatı zamanı qeyri-qanuni pulların "yuyulması”ndan tutmuş, narkotik ticarəti və silah satışına qədər bir çox işlərin üstü açılıb.

İttiham olunanlar 1990-cı illərdə Sankt-Peterburqdan çıxan "Tambov-Malışevski” cinayətkar dəstənin üzvləridir. Qəzetin yazdığına əsasən, həmin vaxtlarda Vladimir Putin şəhərin vitse-meri vəzifəsini icra edərək, bəhs edilən cinayətkar elementlərlə iş münasibətlərinə malik olub.

"İttiham olunanlar arasında Gennadi Petrov və İlya Traberin adını xüsusi qeyd etmək lazımdır. Onların hər ikisini ispan polisi axtarışa verib. İkisi də hazırda Rusiyadadır. Gennadi Petrov məhkəmə prosesi zamanı anasına baş çəkmək bəhanəsi ilə İspaniyadan qaçıb” - məqalədə qeyd olunur.

Müəllif məhkəmədə müdafiə tərəfinin iddialarının əksinə olaraq, "Tambov bandası” mövzusunun mətbuat tərəfindən uydurulmadığı, əksinə olduqca təhlükəli mütəşəkkil qrup olduğunu yazır. 1990-cı illərdə bu banda faktiki olaraq Sankt-Peterburqa nəzarət edib, "Antikvar” ləqəbli İlya Traberin iyerarxik mövqeyinə görə hətta Vladimir Putindən belə böyük olduğunu yazıb.

Roman Tsepov ile ilgili görsel sonucu

 

Məqalədə Putinin iş adamı Roman Tsepov vasitəsilə cinayətkar aləmdən zərflərlə pul aldığı yazılıb. Haffner "çox şey bilən” Roman Tsepovun 2004-cü ildə Polonium radioktiv maddəsi ilə öldürüldüyünü yazır. Roman Stepovun dəfnində onun bir vaxtlar aralarında vasitəçi olduğu müxtəlif qrupların nümayəndələri iştirak ediblər. Bunlar Vladimir Putinin şəxsi mühafizəsinin rəhbəri general Viktor Zolotov, "Tambov” mütəşəkkil cinayətkar qrupun başçısı Vladimir Kumarin (Barsukov) və Sankt Peterburq baş polis idarəsinin rəisi Mixail Vaniçkindir.

Maraqlıdır ki, Roman Tsepovun ölümündən cəmi 2 il sonra Rusiyanın mühacirətdə olan dissident və keçmiş kəşfiyyatçısı Aleksandr Litvinenko da eyni üsulla qətlə yetirilir. Litvinenko İspaniya ədaləti qarşısında Putini "Tambov mafiyası” ilə bağlayan münasibətlər barədə ifadə verməli imiş.

İspaniya polisinin adı çəkilən şəxslərdən Gennadi Petrovu gizli dinləməsi zamanı daha maraqlı faktların üstü açılıb. Belə ki, Petrov Kremldəki adamla telefon söhbətlərindən birində "Çar bizə lazım olan sənədi imzaladımı” sualını verib. Məqalədə G.Petrovun Rusiyada müxtəlif vəzifələrə özünə yaxın adamların, o cümlədən keçmiş müdafiə naziri Anatoli Serdyukovun təyinatında mühüm rol oynadığı qeyd olunub.

Gennadi Petrov ile ilgili görsel sonucu

 

Yazıda Malışev cinayətkar qrupunun lideri sayılan Gennadi Petrovun Rusiyada olduqca nüfuzlu adamlarla, o cümlədən "Sberbank”ın rəhbəri German Qreflə xüsusi münasibətlərinin olduğu bildirilir. Qref onu hətta "Sberbank”ın 160 illik yubileyinə dəvət edibmiş.

Məhkəmədə Rusiya Dövlət Dumasının deputatı Vladislav Reznikə qarşı ittihamlar səsləndirilib. Reznik Petrovun milyonlarla dollar pullarının saxta şirkətlər, yaxtalar, villa və təyyarələr vasitəsilə "yumaq”da günahlandırılır.

İspaniya prokurorluğunun ümumi təsbitlərinə görə, "Tambov mafiyası” təkcə İspaniyada 50 milyon avronu leqallaşdırmağa, yəni yumağa nail olub. Prokurorluq Reznikə 5 il həbs cəzası, 30 milyon dollarlıq cərimə tətbiq olunmasını tələb edib.

"Rusiya mafiyası üzərində əsl məhkəmə prosesi Moskvada getməlidir. Lakin hakimiyyətdə Putin və ya onun varisinin simasında Rusiya kəşfiyyatı qaldıqca bu mümkün görünmür”, - deyə Haffner məqaləni sonunda qeyd edib.

Vaqif Hüseyn, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300