Ermənistan -Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb

 

Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

 

Ermənistan mətbuatı ötən gecə Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumat yayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb. O, məsələ ilə bağlı daha təfsilatlı məlumatı qarşıdakı saatlarda açıqlayacağını bildirib. Bəzi erməni saytları sərhəddə saxlanılan şəxslərin "Azərbaycan tərəfdən keçdiyi” və onların "əsir götürüldüyü” iddiasını irəli sürüblər.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik. Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı erməni tərəfinin iddiasının araşdırıldığını bildirdi. Bir müddət sonra isə sorğumuza cavab olaraq mətbuat xidmətindən bildirildi ki, "nazirlikdə belə bir məlumat yoxdur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300