BMT baş katibi: "ABŞ-ın İranla bağlı qərarına görə məyus oldum"

 

BMT baş katibi Antonio Quttereş ABŞ-ın İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planında iştirak edənlərin siyahısından çıxaraq Tehrana qarşı sanksiyalar rejiminə qayıtmaq qərarına görə məyus olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, baş katibin yaydığı bəyanatda qeyd edilib ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Fəaliyyət Planı nüvə silahlarının yayılmaması və diplomatiya sahəsində böyük nailiyyətdir.

O vurğulayıb ki, saziş regional, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində mühüm töhfədir.

A. Quttereş əlavə edib ki, sazişlə bağlı ortaya çıxan bütün problemlər müvafiq mexanizmlər vasitəsilə həll edilməlidir və Hərtərəfli Fəaliyyət Planının müddəalarına birbaşa aid olmayan suallar bu sazişin həyata keçirilməsi üçün səyləri sarsıtmamalıdır.

Baş katib İranın nüvə proqramı ilə bağlı razılaşmada iştirak edən bütün tərəfləri öz öhdəliklərini icra etməyə və digər dövlətləri isə bu işdə lazımi dəstək verməyə çağırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış sazişdən çıxdığını bəyan edib. D. Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ tərəfindən qəbul edilib. İyulun 20-də sənəd BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300