104 yaşlı alim evtanaziya ilə həyatına son verdi: "Nə üçün gözləyirik ki..."

 

104 yaşlı avstraliyalı alimDeyvid Qudollİsveçrədə evtanaziya ilə həyatına son verdi.

 

Qaynarinfoxarici KİV-ə istinadən xəbər verir ki, Qudoll Bazel şəhərində mətbuat konfransı təşkil edərək jurnalistlərin suallarını cavablandırıb. "Əgər biri ölmək istəyirsə, bu kifayət etməlidir. Heç kim buna müdaxilə eləməməlidir" deyən alim prosesin iynə ilə həyata keçiriləcəyin və bəzi ailə üzvlərinin onunla birlikdə olacağını dilə gətirib. O deyib ki, 6 ildir görmə, son 2 il ərzində isə digər həyati orqanları zəifləyib, qulağı çətinliklə eşidir, buna görə də ona verilən suallar təkrarlanırdı.

 

Deyvid Qudoll ölməmişdən əvvəl Bethovenin IX simfoniyasının final hissəsinə qulaq asdı və sevdiyi balıq və kartof qızartmasını yedi. Evtanaziya prosesi bir otaqda yaxınlarının müşayiəti ilə keçirildi.

 

O, mətbuat konfransında "Etmək istədiyim çox şey vardı, amma bunlar üçün artıq gecdir. İstəklərimi reallaşdırmadan getdiyim üçün məmnunam" demişdi, sonra sözləri isə bu oldu:

"Nə üçün gözləyirik ki..."

 

Qeyd edək ki, evtanaziya prosesi Avstraliyada qadağandır və Qudollun bu prosesi öz ölkəsində reallaşdıra bilməməsi medianın gündəminə düşmüş, insanlara ölmək hüququnun verilməsi müzakirəyə çıxarılmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300