İnsan yatan zaman ruhu bədənindən necə çıxır?

 

İnsan iki tərkibdən ibarətdir: ruhdan və cisimdən. Ruh insan üçün İlahi bir nurdur ki, bədəninə can verir və onu təkamülə doğru hərəkət etdirir. Ancaq bunu da qeyd etmək lazımdır ki, ruhun dərəcələri və mərhələləri vardır. İnsan ölən zaman ruhun hamısı bədəni tərk edər. Ancaq yatan zaman ruhun bir hissəsi bədəni tərk edər.

 

Hədislərimizin nəzərinə görə, insan yatan zaman bədənində qalan hissə ruh adlanır. Ancaq o şey ki, bədəni tərk edir, nəfs adlanır.

Başqa sözlə desək, yatan zaman insan ruhunun cisim ilə rabitəsi ən az həddə düşər. Yəni, onların arasında olan rabitələrinin bir hissəsi kəsilir. Ancaq bu rabitə tamamilə qət olmur. Ona görə də ruhun bədənə nisbətdə üç halı vardır:

 

1. Tam rabitə. (Yəni, oyaq vaxtı olan rabitədir).
2. Naqis rabitə. (Yəni, yatan zaman olan rabitədir).

3. Rabitə tamamilə kəsilər. (Yəni, insan dünyanı tərk edər).

Ona görə də Qurani-Kərim yuxunu ölməyə bənzədir. Çünki hər ikisində də ruh insan bədənini tərk edər. Bir fərqlə ki, yatan insan sağ qalarsa, ruh geri qayıdar. Yox, əgər vaxtı sona çatıbdırsa - tamamilə bədəni tərk edər.

 

"Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir.

 

Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır".("Zumər" 42).

(deyerler.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300