Generalın xanımından şikayət: "Məndən 35 min pul istəyir" » Ulu Yol Xəbər portalı

                Generalın xanımından şikayət:"Məndən 35 min pul istəyir"

 

Bakı şəhər sakini Gülnarə Səfərova "K.aan” modalar evinin rəhbəri Könül Abduyevadan şikayətçidir.

AFN xəbər verir ki, o, bununla bağlı "Qafqazinfo”ya müraciət edib. G. Səfərova qeyd edib ki, 2016-cı ildə K. Abduyevanın dəvəti ilə sözügedən moda evinə paltarbiçən kimi dəvət olunub: "Orada dizayner yoldaşımla bərabər 2017- ci ilin avqust ayına qədər işlədik. Avqust ayında mübahisə yarandı və biz işdən çıxmalı olduq. İşlə bağlı məsələ deyildi, təhqir olunmuş vəziyyətdə qalmamaq üçün işdən çıxdıq.

Könül Abduyeva bizə maaş verməyəcəyini söylədi. Bizi general həyat yoldaşı ilə hədələyib başımıza iş açacağını söylədi. Dedi ki, kimə istəyirsinizsə şikayət edin. İndi kimə arxalanırsansa, hamını öldürmək, güllələmək lazımdır? Belə olan halda biçdiyim parçanın lekallarını söküb zibil vedrəsinə atdım. Çünki o mənim ideyam idi və bezin metrəsinin 2 manat qiyməti var. Bir müddət sonra o, məni polisə şikayət edib həmin lekallara görə 35 min manat pul tələb etdi. İndi məsələ Səbail rayon Polis İdarəsində istintaqdadır. Məni də bir neçə dəfə polis bölməsinə çağırıblar. İzahat vermişəm, demişəm ki, parça ilə bağlı ekspertiza aparın, yaxud işi məhkəməyə verin”.

G.Səfərova qeyd edib ki, həmin müddət ərzində rəsmi əmək müqaviləsi əsasında işə götürülməyib: "Belə hal təkcə mənim yox, digər işçilərin də başına gəlib. Bizi qeyri-qanuni işlədib maaşımızı vermədiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etdik. Orada işlədiyim müddət ərzində modalar evindən bircə dəfə satış həyata keçirilməyib. Amma bütün işçilər yüksək maaş alırdı. Orada 15-ə yaxın işçi çalışırdı. Mən özüm 2000, yoldaşım isə 3000 manat maaş alırdı. Hazırda bizim 5000 manat pulumuzu ödəməlidirlər. Moda evi isə rəsmi olaraq onun evində qulluqçu işləyən İlhamə Bağırovanın adınadır. Polisə şikayət də İlhamə Bağırovanın adından edilib”.

Qeyd edək ki, K. Abduyeva bu günlərdə "dərman mafiyası”na görə işdən qovulan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyevun həyat yoldaşıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300