ABŞ İrana təzyiq üçün sanksiyaları sərtləşdirir

 

ABŞ İranın İnqilab Keşikçiləri Korpusu (İKK) ilə əlaqəsi olduğu iddia edilən 6 nəfər və 3 şirkətə qarşı sanksiya tətbiq edib.

Xəzinədarlıq Katibi Steven Mnuchin deyib ki, cəzalar korpusa milyonlarla dollar sərf edərək onun "düşməncə fəaliyyətini" maliyyələşdirənləri hədəfləyib.

Onun sözlərinə görə, İranın mərkəzi bankı İKK-yə "geniş miqyaslı valyuta birjası" vasitəsilə ABŞ dolları əldə etməyə kömək edib.

Xəzinədarlıq İdarəsi sanksiya tətbiq edilən 6 nəfərin hamısının iranlı olduğunu söyləyib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə atılmış addımlara əsasən, ABŞ-ın fiziki və hüquqi şəxslərinə onlarla biznes əlaqələri qurmaq qadağan ediləcək.

İranda 1979-cu ildə monarxiya devrilib və hakimiyyət din xadimi ayətullah Xomeyninin nəzarəti altına keçib.

Cənab Xomeyni tez vaxtda dövləti qorumaq və inqilab prinsiplərini müdafiə etmək üçün İKK-ni qurub.

O zamandan bəri qrup ölkədə böyük hərbi, siyasi və iqtisadi qüvvəyə çevrilib. İKK minlərlə qoşun və qabaqcıl hərbi texnika ilə İranın əsas hərbi əməliyyatlarının bir çoxunun arxasında olub.

Son sanksiyalar qrupun xüsusilə elit xarici əməliyyatlar qolu olan Qüds Qüvvəsini hədəfləyir.

Oktyabr ayında prezident Donald Tramp bu qrupu "korrupsiya terroru və hərbi qruplaşma" adlandırıb və onlara qarşı sanksiya tətbiq edib.

Yeni cəzalar cənab Tramp-ın ABŞ-ı İranla nüvə sazişindən çıxarması və Tehrana təzyiq göstərməyə söz verməsindən yalnız iki gün sonra tətbiq edilib.

2015-ci ildə imzalanan razılaşma, BMT-nin, ABŞ-ın və AB-nin sanksiyalarının qaldırılmasına qarşılıq olaraq İranın nüvə fəaliyyətini məhdudlaşdırmağı hədəfləmişdi.

Cənab Trampın müqavilədən imtina etməsi qərarı İranın ali dini lideri Ayətullah Əli Xameneyi tərəfindən "səhv" adlandırılıb (BBC-Azərbaycanca).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300