Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

 


Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

MPQ üzvləri tərəfindən həmin müəssisədə 60-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb. Görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri yerində araşdırılıb. Məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər. Yalnız həmin müəssisədə cəza çəkən İlqar Məmmədov ona qarşı kobud rəftara yol verildiyini bildirib. O, təkbətək qəbul edilib. MPQ-nin həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, hər hansı xəsarət izi aşkar olunmayıb. Müraciəti üzrə qaldırdığı məsələlər yerində araşdırılıb, İ. Məmmədov əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.

İ. Məmmədovun vəkillərinin də müraciətləri nəzərə alınmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.

Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müvafiq təmir işlərinin aparılması müşahidə olunub, habelə qarşıdan gələn parlament seçkiləri ilə bağlı bu müəssisədə məhkumların seçki hüququnun təmini məqsədilə yaradılmış şərait və onların səsvermədə iştirak edəcəkləri seçki məntəqəsinə baxış keçirilib.

Başçəkmə çərçivəsində müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.(apa.tv)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300