Neftin qiyməti 100 dollara qalxa bilər

 

ABŞ-ın investisiya bankı "Bank of America Merrill Lynch" xam neft qiymətlərinin gələn il 100 dollara qalxa biləcəyini açıqlayıb.

"Qafqazinfo” Marjaya istinadən xəbər verir ki, Bankın hesabatında, gələn il qlobal neft bazarında tələb və təklif balansında kəsir olacağı bildirilib.

Hesabatda, dünya üzrə ən geniş istifadə edilən Brent növü xam neftin orta hesabla barrel qiymətinin bu il 70 dollar, gələn il isə 75 dollar olacağı proqnozu yer alıb.

Hesabatda fikirlərinə yer verilən "Bank of America Merrill Lynch"ın Əmtəə Araşdırmaları Departamentinin direktoru Francisko Blanch, "2019-un ikinci yarısı üçün Brentdə 90 dollar qiymət hədəfi qoyuruq və xam neft qiymətlərinin gələn il 100 dollara çatması riski olduğunu görürük" - ifadələrini istifadə edib.

Gələcək 18 ayda qlobal neft tələb- təklif balansında kəsir (təklif tələbi tam ödəməyəcək) gözləndiyinə diqqət çəkilən hesabatda, Venesuelada düşən neft hasilatına və İranın xam neft ixracının azalması ehtimalına işarə edilib.

Hesabatda, ABŞ ilə İran arasında 6 ay ərzində yeni bir müqavilə bağlanmaması və ya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya daxil tərəfdaşlarının hasilatın azaldılması müqaviləsinin gələn il də davam etməsi hallarında, qlobal neft bazarında kəsirin yaranmasının mümkün olduğu barədə xəbərdarlıq edilib.

ABŞ Prezidenti Donald Trampın ölkəsinin İran ilə nüvə müqaviləsindən çıxdığını açıqlamasından sonra neft qiymətləri yüksəlib.

Bu gün, Brent neftin barrel qiyməti 77,97 dollara, Qərbi Texas (WTI) neftinin barrel qiyməti də 71,88 dollara qədər yüksəlib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300