"Cəlilalabadda adiyyatı qurumlar şəhidlərin anım günlərinə biganə yanaşır"-Şəhid qardaşı

Qarabağ savaşında qəhramanlıq göstərib şəhid olan Cəlilabad igidləri demək olar ki, unudulub.

Şəhid qardaşı Murad Hüseynov Regionaz.tv-yə bildirb ki, Cəlilabad rayonunda Şəhid ailələrinə biganəlik açıq aydın görünür. Rayonda 200-ə yaxın şəhid var. Demək olar ki, şəhidin anım mərasimində və ya doğum günündə  rayon icra hakimiyyətində, Hərbi Komisarlıqdan, nədəki yerli qurumlar tərəfindən şəhid ailəsi ilə maraqlanılmır, nədəki şəhidin əlamətdar günündə valideynlərinə başsalığı verilmir.

Bu kimi diqqətsizlik şəhid valideynlərində elə bir fikir formalaşır ki, sanki onların övladları Qarbağ savaşında yox, qonşu davasında gülləyə tuş gəlib həlak olublar.

Göytəpə şəhər sakini şəhid qardaşı Murad Hüseynovun deməsinə görə, onun qardaşı Əşrəf Hüseynov o, vaxtkı xüsusi təyinatlı hərbi hissədə kəşfiyatçı olub. 1994-cü ilin may ayının 10 -dan 11- nə keçən gecə, düşmən tərəfindən atılan pinamiyot mərmisindən aldığı yaraya məhəl qoymadan, Tərtər rayon Qapanlı kənd istiqamətində gedən məhəllə döyüşlərində qəhramncasına şəhid olub. Şəhidn nəşi 13 may 1994-cü il tarixində Göytəpə şəhər qəbirsanlığında torpağa tapşırılıb. Şəhidin ölümündən 24 il keçməyinə baxmayaraq bu günə kimi, Cəlilabd rayon icra hakimiyyətindən və ya yerli qurumlardan bir nəfər olsun belə şəhidin anım mərasimində nədə ki doğum günündə şəhidin evinə gəlib valideyinlərinə başsalığı verməyiblər.

Şəhid qardaşı Murad Hüseynov bildirir ki, bizm aidiyatı qurumlardan hər hansı bir maddi ehtiyacımız yoxdur. Sadəcə şəhid ailəsi olaraq bu günə kimi şəhidin anım mərasimində valideyinlərə təsəlli olaraq icra hakimiyyəti tərəfindən kimsə gəlib başsalığı verməməsi, ailələrdə ruh düşgünlüyü yardır. Bu kimi diqqətsizlik əlbəttə gələcək nəsillərimizdə vətənpərvərlik hissini aşağı salır.

Qeyd edək ki, bu gün 13 may 2018-ci il tarixində Əfsanəvi kəşfiyatçı şəhid Əşrəf Hüseynovun Tərtər rayon Qapanlı kəndinin düşməndən qan bahasına xilas etib əbədiyata qovuşduğu gündür. Allah rəhməteləsin.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300