Bakı ilə Tehran arasında mühüm sərhəd anlaşması

 

Ekspertlər Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində 24 saatlıq iş rejiminə keçilməsini yüksək dəyərləndirir

Son zamanlar İran-Azərbaycan münasibətlərində ciddi irəliləyişlər müşahidə olunmaqdadır. İki müsəlman qonşunun əldə etdiyi razılaşmaların sırasına mayın 10-dan etibarən biri də əlavə olunub. Belə ki, Azərbaycanla İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb.

Bu barədə hər iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılaşma əldə olunub. Beləliklə, bundan sonra adı çəkilən gömrük-sərhəd buraxılış məntəqələrindən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunacaq. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edəcək. Bununla bağlı sərhəd və gömrük xidməti sahələrində infrastruktur yenilənib və infrastrukturun daha da genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, gömrük orqanlarında idarəetmə strukturunda dəyişikliklər olacaq. İki ölkə arasında əldə edilən razılaşmaya əsasən Naxçıvan Muxtar Respublikasına 24 saat - 7 gün rejimində gediş-gəliş təmin olunacaq.

Modern.az xəbər verir ki, Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının Anlaşma Memorandumuna əsasən reallaşıb. Anlaşma Memorandumu bu il martın 14-də Tehran şəhərində imzalanıb. Bundan əvvəlki qrafik sərhəd-buraxılış məntəqələrində sıxlığın yaranmasına, gərginliyin hökm sürməsinə səbəb olurdu. Ekspertlər bu anlaşmanı yüksək qiymətləndirir.

Deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, bu, çox müsbət bir anlaşmadır, vətəndaşların hər iki tərəfdən daha rahat hərəkət etmə imkanlarını asanlaşdırır:"Xüsusilə də sərhəd zolağında yaşayan insanların ticarət fəaliyyəti üçün faydalı bir addımdır. Biz çalışmalıyıq ki, İranla da, Türkiyə ilə də vizasız gediş-gəlişi reallaşdıırıb, iqtisadiyyatın və turizmin canlandırılmasını stimulllaşdıraq”.

 

Politoloq Elxan Şahinoğlu da əməkdaşıma açıqlamasında anlaşmanın müsbət tərəflərindən bəhs etdi:"İran Azərbaycanın qonşusudur. İki dövlət arasında iqtisadi-ticarət mübadiləsinin genişləndirilməsi hər iki dövlətin maraqlarına xidmət edir. Bəli, ara-sıra iki dövlət arasındakı münasibətlərdə müəyyən suallar yaranır. İqtisadi əməkdaşlıq siyasi müstəvidə sualların sayını azaltmalıdır. Əgər Azərbaycan İrana 500 milyon dollar kredit verir ki, bu ölkə daxildə dəmiryolu inşaatını tamamlasın, bu o deməkdir ki, Tehran qonşusuyla münasibətlərdə bu amili nəzərə almalıdır. İran üçün Azərbaycanla əməkdaşlıq faydalıdır və Tehran bu amili Ermənistanla təmaslarda nəzərə almalıdır. Sərhədin 24 saat açıq tutulması isə iki ölkə arasındakı gediş-gəlişin artmasına qarşılıqlı turizmin inkişafına şərait yaradacaq”. Ekspert anlaşmanın Tehrana qarşı sanksiyaların sərtləşdiyi dövrə təsadüf etməsində problem görmür: "ABŞ və İsrail İrana qarşı siyasətlərini sərtləşdirirlər. Bu arzuolunmaz gedişatdır. Ancaq bu bizim problem deyil. Vaşinqton istəyir deyə, biz İranla, Tehran istəyir deyə, ABŞ-la münasibətlərdən imtina edə bilmərik”.

Cavid TURAN, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300