İran raketinin İsraildə yaratdığı panika - Video

 

Suriyadan İsrail ərazisinə atılan raketlərindən birinin toy mərasimində böyük panika yaratdığını əks etdirən görüntülər yayılıb.

Axar.azxəbər verir ki, görüntülərdə toy mərasiminin keçirildiyi ərazidə əvvəlcə hava həyəcanı siqnalının verilməsi eşidilir, daha sonra isə səmada raket görünür. Raket qonaqlar arasında panika yaradır və nəticədə onlar təcili şəkildə mərasimi tərk edirlər.

Videoda raketin havada ikən məhv edildiyi də görünür.

Qeyd edək ki, 10 mayda İsrail Suriya ərazisində İrana aid Qüds Briqadasının Qolan təpələrinə 20 raket atdığı haqqında məlumat yayıb. Məlumat sonradan Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. İsrail raketlərin hamısının Dəmir Günbəz vasitəsilə məhv edildiyini, buna cavab olaraq Suriyadakı İran obyektlərinə 28 qırıcının iştirakı ilə son illərin ən böyük əməliyyatının keçirildiyini açıqlayıb. Əməliyyat zamanı İrana aid 35 hərbi obyektin vurulduğu bildirilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300