Gəncə sakinində heroin və psixotrop maddələr aşkarlanıb

 

Mayın 11-də Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2.304 qram artıq narkotik vasitə və xeyli sayda psixotrop maddə olan həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan APA-ya verilən məlumata görə, mayın 11-də Gəncə BPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İlkin Orucov saxlanılıb. Əvvəllər məhkum olunmuş İlkin Orucov saxlanılarkən üzərindən 2.304 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilmiş və oradan güclü psixotrop təsirə malik olan 105 ədəd 50 mq-lıq "Tramadol” həbləri, 10 ədəd 200 mq-lıq "Tramadol” həbləri və 7 ədəd 300 mq-lıq "Lirika” həbləri aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300