Hacıqabul polisi narkotik vasitə olan "spays”ın satışı ilə məşğul olan şəxsləri saxlayıb

 

Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan "spays” götürülüb.

APA-nın məlumatına görə, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram "spays” götürülüb.

Məlum olub ki, S. Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.

Qeyd edək ki, digər narkotik vasitələrə nisbətən az istifadə olunan "spays” insan orqanizmində təhlükəli fəsadlar törədən üzvü kimyəvi birləşmə (JWH-210) naftolindol sinfinə aid olan analgetik təsirli narkotik vasitədir. "Spays”-ı qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir, narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300