Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlayır
Bəhreynin məşhur "Gulf Air" aviaşirkəti iyunun 12-dən Bakıya uçuşlar həyata keçirəcək.
"Report" şirkətin internet səhifəsinə istinadən xəbər verir ki, aviareyslər həftədə 5 dəfə yerinə yetiriləcək.
Bu, "Gulf Air"in Azərbaycan bazarına ilk gəlişidir.