Diqqət! Bu yolda hərəkət məhdudlaşdırılır
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq bu gün saat 11:00-dan hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Musavat.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət axşam saatlarına qədər qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadələ etmələri tövsiyə olunur.