ABŞ İran Mərkəzi Bankının sədrinə sanksiya tətbiq edib

 

 ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslər sıyahısında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin də adı var. O, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyinə görə "qara siyahı"ya düşüb.

Bundan əlavə, siyahıda üç ölkə - İran, İraq və Livan vətəndaşlarının da adları var. Onlardan ikisi SEPAH-a, biri isə "Hizbullah" təşkilatına dəstək verdiyi üçün sanksiyaya məruz qalıb.

Eyni zamanda mərkəzi qərargahı Livanda yerləşən Al Bilad İslam Bankının rəhbərliyindəki bəzi şəxslər də ABŞ-ın sanksiyaları ilə üzləşiblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını açıqlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300