İsrail Türkiyənin baş konsulundan ölkəni tərk etməsini tələb edib

İsrail XİN-i Türkiyənin Qüdsdəki baş konsulu Hüsnü Gürcandan ölkəni tərk etməsini tələb edib. APA-nın xəbərinə görə, bu barədə "Jerusalem Post”a İsrail XİN-in nümayəndəsi bildirib.

"XİN baş konsula məsləhətləşmələr üçün müəyyən müddətə Türkiyəyə qayıtmağı təklif edib”, - deyə diplomat bildirib.

Bundan əvvəl Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı məsləhət görüb. Səfirə Qəzzada baş verən olaylarla bağlı Türkiyənin etirazı çatdırılıb.

Qeyd edək ki, Qəzzada baş verən olaylarla bağlı Türkiyənin İsraildəki səfiri Kemal Ökem də məsləhətləşmələr üçün Ankaraya çağırılıb. K. Ökem bu gün təyyarə ilə Ankaraya gəlib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi ötən gün Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 60 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300