Mikayıl
İsmayılovun fermasında Socar-ın qul kimi işləyən əməkdaşları
Saytımıza SOCAR şirkətinin
vitse-prezidenti Mikayıl İsmayılovla bağlı çox maraqlı məlumat daxil olub.
Mənbə bildirir ki, Ağsu rayonunda Mikayıl İsmayılovun fermer təsərrüfatında
SOCAR şirkətinin 100-yə yaxın texnikası işləyir. Qeyd edilir ki, həmin
texnikalar üç ildən çoxdur ki, orada işləyir. Bu texnikaların aylıq xərci az
qala bir milyon manatdan çox olur.
Bu hesabla , təsəvvür edin, Mikayıl İsmayılov 3-4 il ərzində SOCAR şirkətinə nə
qədər ziyan vurub. Texnikaların sürücüləri bunu istədilər-istəmədilər məcburən
Mikayl İsmayılovun fermer təsərrüfatına ezam olunurlar. Elə bil ki, SOCAR-ın
işçiləri Mikayıl İsmayılovun qullarıdır. SOCAR-ın əməkdaşlarından elə sürücülər
var ki, fasiləsiz olaraq 15-16 aydır orada Mikayıl İsmayılov üçün işləyirlər.
Mikayıl İsmayılovun fermer təsərrüfatına ezam olunan əməkdaşlarının ailə üzvləri
365İNFO saytı vasitəsi ilə dövlət başçısına müraciət edərək həyat yoldaşlarının
qul kimi işlədilmələrindən azad olunması üçün kömək istəyirlər.
Biz də öz növbəmizdə balaca araşdırma apardıq və məlum oldu ki, Mikayıl
İsmayılovun qardaşı Müşfiq İsmayılov Ağsu rayonunda yaşayır və Mikayıl İsmayılovun
fermer təsərrüfatına da o nəzarət edir.
Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Mikayıl İsmayılovun "sağ əli”
hesab edilən və müxtəlif "tender” əməliyyatları adı ilə iş adamlarını
aldatmaqda günahlandırılan Ceyhun Canıyevlə bağlı silsilə yazılar dərc
olunmuşdu və yazıların birində Mikayıl İsmayılovun qardaşı-Müşfiq İsmayılovun
da adı hallanırdı.
"Qafqaznews.az saytında dərc olunan"Mikayıl İsmayılovun "qara kassir”i iş
adamlarını necə aldadır? – ŞİKAYƏT” başlıqlı yazıda bildirilirdi ki, gənc iş
adamı, Tovuz rayon sakini Samir Eldar oğlu Verdiyev SOCAR-da tenderlərə
qatılmaq bəhanəsi ilə fırıldağa məruz qalıb.
"S.Verdiyevin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin
vitse-prezidenti Mikayıl İsmayılovun "sağ əli” Ceyhun Canıyevin onu tenderlərə
salmaq adı ilə 350 min dollar alıb, sonradan hissə-hissə pulun bir qismini
qaytarsa da, indiyə qədər 115 min dollar pulu qaytarmır.
"Mikayıl İsmayılovdan Prezidentə şikayət olundu – MƏTN” başlıqlı yazıda isə
qeyd olunurdu ki, Samir Verdiyev bu məsələ ilə bağlı prezidentə müraciət edib,
onu aldadan şəxslərin cəzalandırılması və ona pulunun geri qaytarılmasında dövlət
başçısından kömək istəyib.
Qafqaznews.az-da dərc olunan "Mikayıl İsmayılov sabiq protejesindən niyə qisas
alır ?” başlıqlı araşdırma yazısında isə SOCAR vitse-prezidentinin Ceyhun
Canıyevdən əvvəlki protejesi, Füzuli rayonundan olan məcburi köçkün Zabir
Əliyevlə bağlı məlumatlar qeyd olunur, eləcə də Ceyhun Canıyevin atası, Ağsunun
sabiq bələdiyyə sədri Vaqif Canıyevin, şamaxılı iş adamı Əmir Bəkirovun və
Mikayıl müəllimin qardaşı Müşfiq İsmayılovun üçünün də birlikdə cavabdeh olduğu
məhkəmə prosesindən söz açılırdı.
Yazının dərcindən sonra biz Müşfiq İsmayılovla şəxsən əlaqə saxlamış, ondan bu
məhkəmə çəkişməsi barədə soruşmuşduq. M.İsmayılov "Füzulidən olan Zabir Əliyev”
təqdimatından sonra, onu tanıdığını, amma məhkəmə çəkişməsi barədə məlumatlı
olmadığını bildirmişdi.
Çox güman ki, Şirvan Apellyasiya Məhkəməsinin saytından öyrəndiyimiz bu məhkəmə
çəkişməsi həm Vaqif Canıyevin, həm də Müşfiq İsmayılovun "kağız üzərində”
adlarına olan şirkətlərlə əlaqədardır”,-həmin yazıda bildirilirdi./365info.org/
Ulu Yol Xəbər portalı » Sosial » Mikayıl İsmayılovun fermasında Socar-ın qul kimi işləyən əməkdaşları
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/