Avropa ölkələri İranla "yola davam" dedi və...

 

Brüsseldə Avropa ölkərləri ilə İran arasındakı danışıqlarda ABŞ-ın çıxmasından sonra pozulmaq təhlükəsilə üzləşən nüvə sazişinin müddəalarına əməl edilməsinə dair razılığa gəlinib.

Azvision.az xəbər verir ki, İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, BMT vasitəçiləri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinin iştirak etdiyi danışıqlarda İranın nüvə sazişi üzrə intensiv ekspert məsləhətləşmələrinin davam etdirilməsi və praktik addımların atılması qərarı verilib.

Mogerini mövcud sazişin tərəfləri qane etdiyini deyib: "Biz hazırkı sənədin mətnində nəyisə dəyişmək fikrində deyilik. Çünki orada artıq hər şey qeyd olunub. Sazişin mətninə əlavə və dəyişikliklər olmayacaq. Tərəflər sadəcə öz öhdəliklərini yerinə yetirməlidirlər: İran nüvə proqramının dayandırılmasını təmin edəcək, Avropa İttifaqı isə İranı konkret iqtisadi fayda ilə təchiz edəcək”.

Bununla belə, Mogerini Avropa ölkələrinin İrana hüquqi müstəvidə heç bir zəmanət təklif etmədiyini vurğulayıb. Söhbət nüvə sazişini qorumaq üçün yalnız iqtisadi zəmanətdən gedib. Bu mənada ABŞ sanksiyalarına rəğmən, Avropa ölkələri İranla iqtisadi əməkdaşlığı davam etdirəcəklərinə söz veriblər: "ABŞ-ın hərtərəfli müştərək fəaliyyət planından çıxmasına təəssüflənirik. Lakin biz rəsmi Tehranla nüvə sazişinin bütün müddəalarının icrasının vacibliyini, ilk növbədə İranla ticari və iqtisadi əlaqələrin inkişafı, neft və neft məhsullarının satışı, bu ölkə ilə maliyyə xidmətlərinin təklifi, dəniz və dəmiryolu nəqliyyatının inkişafı, Avropa və İran şirkətlərinin əməkdaşlığını sadələşdirəcək investisiya elementlərinin yaradılmasını təsdiq etdik”.

Onun sözlərinə görə, İranla nüvə sazişinin qorunub saxlanması rəsmi Tehranla digər problemlərin, o cümlədən İranın raket proqramı məsələsinin də həllini asanlaşdıracaq.

İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, Avropanın öz sözünün üstündə durmasını zaman göstərəcək: "Biz nüvə sazişinin saxlanması üçün növbəti addımlar barədə siyasi razılığa gəldik. Qarşıdakı həftələrdə nələrin ediləcəyindən çox şey asıldır. Nüvə sazişində İranın almalı olduğu bütün iqtisadi faydalar dəqiq əks olunub. Bilməliyik ki, sazişin digər iştirakçıları bunu bizə təmin edəcəklər, yaxud əksini görəcəyik”.

Virtualaz.org-un məlumatına görə, bu arada RİA Novosti Brüsseldəki diplomatik mənbəyə istinadən bildirib ki, Avropa İttifaqı İrandan alacağı neftin ödənişini ABŞ dolları ilə deyil, avro ilə həyata keçirəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300