HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib

 

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə "Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.

 

"Qayıdış marşı davam edir, davam edir, davam edir...”, - deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.

 

"Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ "yanacaq”dır”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb./APA/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300