İsrailin “Eurovision”un qalibi olmasında Qüds amili » Ulu Yol Xəbər portalı

                 İsrailin "Eurovision”un qalibi olmasında Qüds amili

 

Ekspert: "Avropa ölkəsi olmayan İsrailin o yarışmada iştirak etməsi çox maraqlıdır”

Artıq bir "Euorivision-2018" mahnı müsabiqəsi də geridə qaldı. Portuqaliyanın paytaxtı Lissabonda keçirilən, sayca 63-cü müsabiqənin budəfəki qalibi İsrail təmsilçisi oldu. Belə ki, Netta Barzilai ”TOY" (Oyuncaq) mahnısı ilə 529 xal toplayaraq ölkəsini birinci yerə sahib etdi.

Qeyd edək ki, bu, müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin 4-cü qalibiyyətidir. Beləliklə, "Eurovizion-2019" İsraildə baş tutacaq. Yarışmadan dərhal sonra isə bu ölkənin baş naziri Benyamin Netanyahu qalmaqallı bəyanat verib. O, öz tvitter səhifəsində yazıb:”Netta, sən İsrailə böyük şöhrət gətirdin. Növbəti il - Qüdsdə!"

ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi və buna görə İsraillə bir sıra müsəlman dövlətləri arasında gərginliklərin yaşandığı, Qüds məsələsinin dünyanın gündəmində əsas yer tutduğu bir vaxtda "Eurovision” mahnı müsabiqəsinin qalibinin məhz İsrail olması birmənalı qarşılanmayıb. Müxtəlif ictimai, siyasi xadimlər İsrailin qalib olmasının təkcə həm də siyasi məqsədli olduğu qənaətindədirlər.

 

Məsələn, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, "Eurovision-2018"in qalibinin İsrail elan olunmasında siyasi məqsədlər var. ”Eurovision-2019"u Qüdsdə keçirməklə mübahisə mövzusu olan bu şəhərin sırf İsrailə məxsusluğunu həm də bu yolla leqallaşdırmaq niyyəti güdülür:"Əvvəla, hər kəsə bəllidir ki, ”Eurovision" mahnı yarışması geylərin yarışması olaraq yaradılıb. Bunu guya demokratiyanın, bərabərliyin bariz nümunəsi kimi yaradıblar və keçirirlər. Bu yarışmanı Europadakı yəhudilər gündəmə gətiriblər və bundan sonra keçirilməyə başlanıb. Azlıqda olan yəhudilər böyük islam dünyası üzərində bütün sahələrdə üstünlüyə cəhd edir. "Avrovision”un mahiyyəti ilə yəhudilərin apardığı siyasətin mahiyyəti üst-üstə düşür. ABŞ-ın Qüdsü tamamilə İsrailinki etmək istiqamətində atdığı addımlardan sonra yəhudilər bir çox elə addımlar atacaqlar ki, beynəlxalq ictimaiyyət bu və ya başqa şəkildə bu addımlarda iştirak edəcək və buradan da Qüds passiv legitimləşmə yolu ilə yəhudilərin paytaxtına çevriləcək. "Eurovision-2018"in qalibinin İsrail olması buna xidmət edir”.

S.Cəlaloğlu hesab edir ki, ümumiyyətlə, İsrailin "Eurovision” yarışmasında iştirakında bir paradoks var:"Bu yarışma adından da göründüyü kimi, Avropa sərhədləri daxilində keçirilən mahnı yarışmasıdır. İsrail isə Avropa dövləti deyil. Bu baxımdan Avropa ölkəsi olmayan İsrailin o yarışmada iştirak etməsi çox maraqlıdır. Nəyə görə Hindistan, Pakistan, Çin kimi nəhəng dövlətlər bu yarışmada iştirak eləmir, Avropa dövləti olmayan İsrail isə iştirak edir? Bax buna diqqət eləmək lazımdır ki, İsrail hansı prinsiplə ora daxil olur. Bu sualların cavablarından biri odur ki, ”Eurovision" siyasiləşib, müəyyən dövlətlərin reytinqlərinin qaldırılması üçün istifadə olunur. Bu yarışmada dövlətlərin qruplaşması, dost və düşmənin seçilməsi kimi məsələ önə çıxır və bu yarışma dövlətlərarası münasibətləri özündə ifadə eləyən bir prosesə çevrilib. Son illərdə ortaya çıxdı ki, bir sıra böyük miqyaslı idman yarışlarında nəhəng pulların rol oynadığı rüşvət amili həlledici təsirə malikdir. Əgər beynəlxalq idman yarışlarının təşkilində bu qədər rüşvət, korrupsiya faktları varsa, hər halda, "Eurovision” mahnı yarışmasında da amil istisna deyil".

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300