Məişət zorakılığına məruz qalmış gənclərə maarifləndirici treninqlər keçiriləcək

 

"Azad Həmfikirlər” məişət zorakılığına məruz qalmış uşaq və gənclərə maarifləndirici treninqlər keçirəcək

 

"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi "Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin reabilitasiyası və maarifləndirilməsi üçün treninqlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.

 

Bu barədə təşkilatın sədri Samira Mustafayeva məlumat verib.

 

O qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 3 ay müddətində həyata keçiriləcək.

 

Layihə zorakılığa məruz qalmış uşaq və gənclər üçün hüquqi və psixoloji reabilitasiya yardımı göstərilməsinə həsr olunub.

 

Bu da zorakılığa məruz qalan uşaq və gənclərin peşəkar mütəxəssislər tərəfindən psixoloji durumunun yaxşılaşdırılmasına, uşağın adaptasiya olunmasına və özünə inamın artırılmasına əsaslı dərəcədə töhfə verməklə, uşaqlara qarşı zorakılığın aradan qaldırılmasına yardım edəcək.

 

Layihə Göyçay rayonunda 150 nəfər uşağa və onların ailələrinə psixoloji və sosial xidmətlərin göstərilməsin nəzərdə tutulur.//pia.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300