Tillerson Amerika demokratiyasının böhran içində olduğunu bildirib

 

ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson prezident Donald Trampın yürütdüyü siyasəti tənqid edərək, "həqiqəti gizlədən” liderlərin təhlükəsinə dair xəbərdar edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barə R.Tillerson Virciniya Hərbi İnstitutunda buraxılış mərasimində çıxışı zamanı bildirib.

"Amerika demokratiyasının hazırkı vəziyyəti barədə düşünərkən, etika və ləyaqətliliyin artmaqda olan böhran içində olduğunu müşahidə edirəm. Əgər liderlərimiz həqiqəti gizlətməyə çalışırlarsa və əgər biz, xalq olaraq, faktlara əsaslanmayan alternativ reallığı qəbul etməyə başlayacağıqsa, onda biz hamımız, Amerika vətəndaşı olaraq, öz azadlığımızdan imtina yolu ilə gedirik”, - deyə R.Tillerson qeyd edib.

Qeyd edək ki, Reks Tillerson 2017-ci ilin fevralından 2018-ci ilin martınadək dövlət katibi vəzifəsində çalışıb və prezident D.Tramp tərəfindən istefaya göndərilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300