"WhatsApp”a yeni funksiyalar əlavə olundu  

"WhatsApp” messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib. Belə ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub.

 

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.

 

Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni "@” işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.

 

Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.

 

Yeni "WhatsApp” funksiyalarından "Android” və "iOS” mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300