Regionlarda internet probleminin səbəbləri nədir? -Ekspert açıqladı

 

Regionlarda yaşayan əhali mütəmadi internetin keyfiyyətindən şikayət edir

Səbəblər barədə Open.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, regionlarda əsas xidmət göstərən provayder dövlət operatoru Aztelekom.net-dir:

"Yalnız dövlət operatoru xidmət göstərdiyi üçün rəqabətsiz bir mühit yaranır. O da xidməti istədiyi kimi həyata keçirir. Digər tərəfdən rayonlarda internet telefon xətləri üzərindən həyata keçirilir. Bu isə köhnəlmiş texnologiyadır. Bu amil internetin keyfiyyətinə təsir edən amildir. Həmin üsulla keyfiyyətli sürət gözləmək mümkün deyil. Amma səbəblər bununla bitmir. Provayder bəzən istifadəçiləri çəkidə aldadır. Yəni provayderlə müqavilədə nəzərdə tutulub ki, sürət 5 GB olacaq, amma o istifadəçiyə 2-3 GB verir.

Ümumiləşdirsək, iki əsas səbəb var. Birincisi texnologiyanın köhnə olması, ikincisi isə provayderlərin sui-istifadə etməsidir. Daha az pul xərcləyərək, çox gəlir əldə etmək üçün çəkidə aldadırlar. Məsələn, provayderin 1000 nəfər müştərisi var və onlara 20 GB lazımdır. Amma onlar müştərinin sayına uyğun almır. Bu da problem yaradır”.

Osman Gündüz bildirib ki, axşam vaxtları isə vəziyyət daha bərbad olur: "Hamı işdən evə qayıdır. İstifadəçilərin sayı 2-3 dəfə artır. Ona görə, sürət problemi yaranır”.

Şəfiqə Nazimqızı. open.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300