İstanbulda "Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilir

 

Türkiyənin İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq "Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında mitinq keçirilir.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstinin baş naziri Rami əl-Hamdallah, Türkiyənin baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli, Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici və başqaları iştirak edirlər.

Aksiya iştirakçıları əllərində Türkiyə və Fələstin bayraqları tutublar.

Qeyd edək ki, mayın 14-də Qəzza zolağında ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib. İsrail hərbçilərinin aksiya iştirakçılarına açdığı atəş nəticəsində 62 nəfər ölüb, 3 mindən çox etirazçı yaralanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300