Mişel Platini: "Təqvimin üzərində çalışarkən hiyləgərlik etdik"

 

Bir sıra azarkeşlərin şübhə ilə yanaşdığı Fransanın DÇ-1998-dəki çempionluğu ilə bağlı maraqlı fakt ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, təşkilatçılar yarışın təqvimi qurularkən fırıldaq edib.

Bunu mundialın təşkilat komitəsinin rəhbərlərindən biri, sonradan UEFA prezidenti olan Mişel Platini açıqlayıb.

O, Fransa və Braziliyanın finala qədər üz-üzə gəlməməsini özlərinin qurduğunu etiraf edib: "Təqvimin üzərinə çalışarkən biz bir az hiyləgərlik etdik. Əgər biz, yəni Fransa yığması və Braziliya öz qruplarında 1-ci olsaydı, finala qədər qarşılaşa bilməzdi. Elə düşünürsüz, başqaları bunu etməzdi? Hamı Fransa – Braziliya finalını xəyal edirdi”.

Qeyd edək ki, turnirin "setka”sındakı fırıldaq sayəsində finala təsadüf edən Fransa – Braziliya matçında meydan sahibləri 3:0 hesabı ilə qalib. Bu, Fransa yığmasının tarixinə ilk dünya çempionluğu kimi düşüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300