Neftçalada 17 yaşlı qızı vurub qaçmış sürücü tapılıb    

 

Mayın 2-də Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Qədimkənd kəndindən keçən hissəsində piyada- Neftçala rayonunun Kürqarabucaq kənd sakini, 2001-ci ildə anadan olmuş Nuray Mirzəağa qızı Məmmədovanı vuraraq hadisə yerindən uzaqlaşmış avtomobil və sürücüsü müəyyən olunaraq məsuliyyətə cəlb olunub.

 

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsi DYP əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü - Masallı rayonunun Xırmandalı kənd sakini, 39 yaşlı Məmiyev Bahəddin Ağəddin oğlu və onun idarə etdiyi 10 SA 596 dövlət nömrə nişanlı "Mercedes-180” markalı minik maşını müəyyən olunub və mayın 19-da Neftçala Rayon Polis Şöbəsinə gətirilərək istintaqa təqdim olunub.

Hadisə nəticəsində Nuray Məmmədova ağır xəsarət alıb - çanaq sümüyü sınıb. Hadisə 11-ci sinif şagirdi olduğu üçün ali məktəbə hazırlaşan Nuray repetitor yanından qayıdarkən onu evə aparmaq üçün arxasınca gəlmiş babası Bayram Əliyevin maşınına oturmaq üçün yolu keçmək istyərəkən baş verib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300