Murad Süleymanovu Müşfiq Nağıyevlə nə birləşdirir?-Saxta dərman qalmaqalı

 

Aprelin 30-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində bir qrup şəxs mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirmək ittihamı ilə həbs olundu.

 

Həbs olunanlar içərisində Səhiyyə Nazirliyinə yaxın şəxslərin də olduğu da iddia olunurdu. Artıq bir neçə deputat və məmurun adı ölkəyə saxta dərman preparatları gətirməkdə hallanır. Burada səhiyyə nazirinin müavini Elsevər Ağayevin də adı xüsusu vurğulanır.

 

Səhiyyə Nazirliyi isə uzun müddətdir ki, gündəmə çevrilən məsələyə detallı münasibət bildirməkdən yayınır.

 

Arqument.Az-a daxil olan məlumata görə, saxta dərman idxalı ittihamı ilə həbs olunan "Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun yaxın adamıdır. Onların hətta ortaq olduğu barədə də məlumatlar dolaşır.

 

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Müşfiq Nağıyevlə bağlı araşdırmalar Murad Süleymanovun də vəzifəsini itirməsi ilə nəticələnəcək.

 

"Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Onun oradakı fəaliyyəti qaneedici olmayıb. Səhiyyə nazirliyinə gəlməsi isə xeyli suallar doğurub. Müşfiqlə münasibətinə gəlincə, həmişə bir yerdə olublar. Onları ancaq bahalı restoranlarda, şəhərin ən tanınmış yerlərində görmək mümkün idi", - mənbə bildirib.

 

Səhiyyə Nazirliyindən mövzu ilə bağlı açıqlama almaq mümkün olmayıb.

 

Aprelin 30-da Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, "Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

 

Mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426”, "Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

 

Nəticədə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300