Neftçala təhsili dərin problemlər çalasında
 
 
61 saylı Neftçala Seçki Dairəsində bir neçə dəfə çatışmazlıqlarla bağlı yazı dərc etmişik.Ən çox bu dairədə təzyiqlərlə,şəkillərinin yığışdırılması və əleyhinə aparılan kompaniyalardan məlumatlı olduğumuz Saday Fərəcov müsahibimiz oldu.
 
Saday bəy,namizədliyinizin qeydə alınmasında yaşayan problemlər barədə danışardız...
 
- Namizədliyimi irəli sürdüyüm gündən bu günə kimi haqqım tapdanır.İlk olaraq 61 saylı DSK bizim sənədlərimizi qəbul etmək istəmirdi və müxtəlif bəhanələr gətirilirdi.İmza vərəqələrin təhvil verdikdən sonra ,lehimə imza verən şəxslərə hədə-qorxu gəlib imzalarından imtina ərizəsi yazdırdılar.DSK qərarı ilə mənim namizədliyim təsdiqlənmədi .Qərarın absurd olduğun görüb ,Ölkə başçısına açıq məktub ünvanladım və MSK -ya şikayət etdim.MSK 10 oktyabr tarixində namizdədliyimi təsdiqlədi.Amma biz iki gün təşviqat kompaniyasından geri düşdük.
 
Namizədliyiniz qeydə alındıqdan sonra şəkillərin çapına başladız və problemlər yaşandığından məlumatlıyıq,kimlər maneə oldu?
 
-Namizdədliyim qeydə alındıqdan sonra bizimlə çalışacaq kompaniyanı təyin etdik.Şəkilləri çap edib,Neftçala rayonun hər yerinə yolladıq.Orada bizimlə çalışan dostlarımız şəkillərin asılması ilə məşğul oldular.Amma kənd icra nümayəndələri şəkillərimin obyektlərdən yığışdırılmasına start verdilər.Dəfələrlə Neftçala DSK sədri şəxsən Şaiq Məmmədova məlumat verdik.
 
Seçicilərlə görüşləriniz və sizin bu mübarizəni qazanmaq şansınız nə qədərdir?
 
-Bu il seçkilərin başlandığı gündən mübariz insanlara qarşı hakimiyyətin icra strukturları səlib yürüşünə çıxıb.Demək olar ki,Azərbaycanın hər yerində çatışmazlıqların olmasından məlumatlıyıq.Seçicilərlə görüş yerləri isə gülməlidir.Çox ,məntiqsiz yerlərdə görüş yerləri təyin ediblər.Amma biz bundan istifadə etmədik.
 
Seçicilərlə görüşmədən kompaniyanı necə aparırsız?
 
-Hə,onu qeyd edəcəkdim...Seçiciləri işindən -gücündən ayrı salıb bu yağışlı havada harasa dəvət etməkdənsə ,kəndlərdə təbliğatımızı aparan dostlarımız onsuzda qapı-qapı gəzib missiyamızı seçicilərə çatdırırlar.Bu daha məqsədə uyğun və təhlükəsizdir.

Təhlükəsiz deyərkən ,nəyi nəzərdə tutursuz?

-Əgər qanunlar çərçivəsində könülllülük prinsipin saxlayaraq topladığımız imzalara görə seçicilərimizə təzyiq göstərirlərsə,demək ki,görüş keçirəcəyimiz halda ora toplaşan insanların sonra ki,günlərdə problem yaşamayacağından kimsə sığortalanmayıb.Gedişat bunu deməyə əsas verir.
Qaldı ki,bu gün seçicilərlə təmasda olarkən onların bizi necə istiqanlılıqla qarşıladıqları göz önündədir.Və mən artıq uzun müddətdir ki,Neftçala rayonun problemlərinin işıqlandırlması ilə məşğulam və buda probleminin həlli üçün çalışdığım insanlar zəng çalır,evə gəlib nə kömək lazım olsa hazır olduqların bildirirlər.Qürur verici haldır.
 
Şansızınız nə qədər olmasın demədiz...
 
Mən şans üçün ,şan-şöhrət üçün mübarizə aparmıram.Təşkilatımızın bir sloqanı var ,onu sizədə deyim."Amalım olan şeylərə ümid etmirəm,inanıram" .Hakimiyyət demokratik seçki keçirəcəyi halda apardığımız analizlər 70-80 faiz seçicinin etmadın doğruldacağım görsənir.Amma söhbət demokratik seçkidən gedir....
 
Deyəsən demokratik seçki keçiriləcəyindən bir az şübhəlisiz,əsas verən nədir?

-Elə sadaladıqlarım çatışmazlıqlar .Yalnız bir namizədin əleyhinə aparılrsa,bu nə deməkdir?!
 
Əleyhinizə dedikdə nəyi çatdırmaq istəyirsiz?
 
-Əgər bir məktəb şagirdlərinə tapşırıq verilirsə ki,evdə valideynlərinizə deyin ki,Arif Rəhimzadəyə səs versinlər.Bu nə deməkdir,əleyhimə aparılan kompaniya deyil? Hər gün belə faktlarla qarşılaşırıq.Hansı ki,mən özüm həmin məktəbin məzunu olmuşam və bu gün ən böyük əleyhimə kompaniya bu məktəbdə aparılır.
 
Maraqlı faktdır.Sizin məzun olduğunuz məktəbdə niyə əleyhinizə təbliğat aparılsın?
 
-Deməli mən,qış ayları idi,məktəbimi,müəllimlərimi ziyarət etməyə getmişdim.Sinif otaqları soyuq,davamiyyətin aşağı olduğunun  şahidi oldum.Uçulub -dağılan dəhlizlərdən facebookda şəkil paylaşdım,və Nazirliyə məktub yazacaqdım ki,məktəbin istilik sistemi iə bağlı addım atılması gündəliyə salınsın.Amma məktəbin direktoru Kamal Cəfərov şəkillərin rəy bölümünə olmazın təhqirlər yazdı.Amma səviyyəmi saxladım.Bu halın baş verməsi ilə bağlı iki internet qəzetdə dərc olundu,şəxsən Mikayıl Cabbarova məktub göndərdim.Təhsil Nazirliyidə məktubumu Neftçala Rayon Təhsil Şöbəsinə göndərdi.Oradan isə mənə qərəzli olduğum bildirildi.İmza isə Təhsil Şöbəsi Əjdər Kərimov.Hansı ki,şikayət etdiyim direktorun əmisi oğlu.Yəqin aydı oldu.
Bundan sonra 37 saylı məntəqə sədri Ceyhun Ağayev məktəbin yaxınlığında ki,obyektlərdən şəkillərimi yığışdırmağa başladı.Hansı ki,direktorun qohumu.
 Bu gün də eşitdik ki,Qədimkənd məktəbində digər namizədin təbliğatı aparılır.Müəllimlərin şəxsiyyət vəsiqələri yığılır.Və YAPın namizədi Arif Rəhimzadə üçün görüşlərə məcburi aparılır.
 
Başqa hardasa belə hallarla qarşılaşmısınız?
 
-Başqa hardasa deyəndə ki,bayaq bildirdiyim kimi uzun müddətdir Neftçala rayonunun  problemlərin işıqlandırıram.Bu gün isə həmin  icra orqanları bütün resursların istifadə edirlər ki mən məğlub olum.İnsanların hansısa tərəfdə olmasına bir söz demirəm.Amma mübarizəni insanlıq çərçivəsində aparılması daha gözəl olmazmı?!Artıq rayonda söz-söhbətlər gəzir ki,seçki qurtardıqdan sonra məni məhkəməyə verəcəklər.Mən də yazılarımdan qıcıq olacaqların bildiyimdən bütün audi zapsları,məktubları çox etibarlı yerdə saxlayıram və bundann ötrü narahat olmağa dəyməz.
 
Müsavat Partisayası seçkini baykot edəcəyi gözlənilir,bu haqda nə deyərdiz?
 
-Bu barədə divan qərar verəcək.Səbəb də odur ki,hakimiyyət demokratik seçki keçirilməsinə gücü çatmır və Partiyada ola bilsin ki, baykotu seçsin.Amma sona qədər mübarizənin tərəfdarıyam.Necə ki,seçkiyə qatılııb bu qədər  seçki ilə bağlı çatışmazlııqları üzə çıxardıq və sona qədər daha nələr baş verməsin izləmək,elə ifşa etmək üçün mübarizəni saxlamağın tərəfdarı deyiləm.
 
 
 
 
 
Elvin İBRAHİM

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300