İcra başçısı 50 manatdan bilet satdırır, şəhərin deputatı isə...(FOTO)

 

Gəncə şəhərindəki təhsil işçilərinin problemi daha da artıb.

AFN xəbər verir ki, Gəncədəki təhsil müəssislərindən birinin bir qrup əməkdaşı Reyting.az-a müraciətlərində bildiriblər ki, şəhərdə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin əlavə probleminə səbəb olub.

Onların iddiasına görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil müəssisələrinin kollektivlərini bu filarmoniyada keçirilən bütün konsertlərdə iştiraka məcbur edir:

"Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir. Elmar Vəliyev müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək, biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da, dəxli yoxdur, pulu alınır.

Filarmoniyanın tutumundan 2 dəfə çox sayda tamaşaçıya bileti məcburi şəkildə satırlar. Çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də, məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satdırır”.

Qeyd edək ki, müəllimlər redaksiyaya mayın 15-də məcburi satılan belə biletlərdən bir neçəsinin surətini göndəriblər:

"Göndərdiyimiz biletlərdə hər ehtimala qarşı sıra və yerin nömrəsini ağartmışıq. Çünki bunu etməsək, Elmar Vəliyev həmin biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirər və bizə görə təhsil müəssisəsinin bütün kollektivini Gəncədən sürgün edər. Həmin biletdən aydın görünür ki, qiyməti 50 manatdır. Həmin günü çıxış edəcək müğam ustası kimi isə Alim Qasımovun adı yazılıb”.

Müəllimlər bildiriblər ki, icra başçısı Elmar Vəliyev bununla yanaşı, "Kəpəz" futbol komandasının biletlərini də müəllimlərə məcburi satdırır:

"Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və başqa tədbirlərə aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki, mən təhsilhaqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?

Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə, ona ciddi problem yaranır. Belə şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin "söz ehtiyatı”nda olan biabırçı təhqir və söyüşlərə tuş gəlir”.

Şikayətçilər yazırlar ki, bir ayda əgər 4-5 konsert olarsa, onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu da ödəmir:

"Bu gün 1200 nəfərdən çox tamaşaçı tutumu olan filarmoniya artıq Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün qazanc mənbəyinə çevrilib”.

Müəllimlər bildirirlər ki, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar Vəliyevin əlindən cana yığılıb: "Camaat bilmir boğazının-evinin bazarlığının dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin cibini doldursun. Məktəblərin hamısına konsertə bilet satdırır, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər uşaqdan pul yığsınlar. Müəllimlər də qalıblar pis vəziyyətdə. 50 manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə "konsert” olur. Bu pulları ödəməkdə çətinlik çəkirik. Belə vəziyyət nə vaxta kimi davam edəcək?”.

Müəllimlər artıq bezdiklərini yazırlar: "Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar - bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar məcburi şəkildə hər evə bilet satsınlar. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar.

Məktəblərdə şagirdlər üçün zorla forma satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək pul yığırlar. Yetər artıq!”.

Gəncə ilə bağlı öz ad və soyadları ilə şikayət etməyin heç bir mənası olmadığını, əksinə, 300-500 nəfərlik böyük iclaslarda təhqir edilmə ehtimalının 100 faiz olacağını düşünən müəllimlər bildirir ki, başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora ən azı iki saat gecikməsin:

"İştirakçıların xəstəsi var, yaşlısı var, qapılar bağlanır, iclas zalından çölə heç kim buraxılmır, iki saat keçəndən sonra başçı iclasın təşkilatçılarına söyə-söyə zala daxil olur. Başçını əsəbi görən Naqif Həmzəyev alnının tərini silə-silə, əlində su stəkanı onun qarşısına yüyürür. Görəsən, bir vaxtlar Məmməd Əmin Rəsulzadənin ünvanına təhqirlər yağdıran Naqif Həmzəyev ("Nuhun Hamza” adlı facebook profilinin sahibi, https://www.facebook.com/nuhun.hun.7/about?lst=100004431069774%3A100000985989079%3A1526509699) Gəncədən seçilmiş millət vəkilidir, yoxsa başçının sudaşıyanı?”.

Redaksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Elmar Vəliyevin məsələyə münasibətini öyrənə bilməyib. Onların da mövqeyini işıqlandırmağa hazırıq.

İcra başçısı 50 manatdan bilet satdırır, şəhərin deputatı isə...

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300