Daha bir şəhid ailəsinin acı durumu -ailə qaz borcunu ödəyə bilmədiyi üçün 1 ildir qazsız qalıb

Dünən Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan ərazisində döyüş tapşırığını yerinə yetirən əsgər Tatarov Adil Əli oğlu şəhid olub. O, 28 yanvar 1999-cu ildəAğstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. Adil Qıraq Kəsəmən kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dünən dəfn olunmaq üçün öz kəndinə gətirilən şəhidin tabutunu insan seli qarşılayıb.
Qarşılanma mərasimində iştirak edən şəxslərdən biri şəhid ailəsinin durumu ilə bağlı redaksiyamıza məlumat göndərib. Məlum olub ki, həddindən artıq yoxsul durumda yaşayan ailə qaz borcunu ödəyə bilmədiyi üçün 1 ildir qazsız qalıb. Dünən Adilin şəhid olduğunu eşidən icra nümayəndəliyindən gəlib təcili qaz xəttini qoşublar. Ailənin başçısı Əli kişi dolanışıq üçün balıq ovu ilə məşğul olub. Amma "ədalət keşikçiləri” bunu da ona çox görüblər. Onu "qanunsuz balıq ovu” ittihamı ilə tutublar, işi məhkəmədədir. Hazırda ailədə heç kəs işləmir. Ailənin qız övladlarından biri xəstədir və ailə uzun müddət ona xəstəlik təqaüdü alıb. Lakin iki il əvvəl o təqaüd dədayandırılıb, Növbəti komissiya yoxlaması zamanı xəstəliyin təsdiq olunması üçün ailədən pul-rüşvət istəyiblər. O pul tapılmadığı üçün təqaüdü kəsiblər.
4 bacının yeganə qardaşı olan Adil bir ildən artıq hərbi xidmətdə olmasına baxmayaraq, indiyə kimi ailədən onun yanına gedən olmayıb. Ailə imkansızlığa görəövladının andiçmə mərasiminə belə gedə bilməyib. Adil isə hərbi xidmətdə nümunəvi snayperçi olub, xidmət dövründə neçə fəxri fərman alıb. Bu hökumətin ölkəvətəndaşına, öz torpağını qoruyan əsgərinin ailəsinə verdiyi dəyər bu qədərdir. Neçəki, bu sistem davam edəcək, o münasibətin dəyişəcəyinə heç bir ümid də yox…

Anaxeber.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300