14 il Maliyyə İdarəsinə rəhbərlik edən Rəşid Manafovun böyük biznes şəbəkəsi varmış 

Azərbaycanın rayonlarında illərdən bəri vəzifə başında oturanlar arasında az sayda məmurlar var ki, onlar da bəziləri kimi oliqarxlaşmış hesab olunurlar. JAM.AZ xəbər verir ki, bu sırada öndə gedənlər arasında Neftçaladan olan məşhur idarə rəisi də var. 

Qeyd edək ki, sözügedən rayonun Maliyyə İdarəsinə 14 ildir eyni adam rəhbərlik edir. Rəşid Manafov Neftçalada «oliqarx məmurlar»ın başında dayanır. Hətta icra başçısı İsmayıl Vəliyev belə sərvət məsələsində onunla ayaqlaşa bilməyən şəxs kimi qəbul edilir. Halbuki Vəliyevin də böyük maddi imkanları və geniş biznesi var. 

Məlumatlarda vurğulanır ki, Rəşid Manafovun təkcə Neftçalada deyil, Bakıda da biznesi, evləri və mülkləri mövcuddur. Mənbə iddia edir ki, bu biznes sahələri mebel istehsalından tutmuş, ticarət mərkəzlərinə qədər hər şeyi əhatə edir. 

Məlumatda deyilir ki, Rəşid Manafovun obyektləri aşağıdakı kimi sıralanır. Hərçənd bunun da tam siyahı olmadığı vurğulanır: 

- Neftçala Avtovağzalının yaxınlığındakı mebel sexi;
- Rayon bazarındakı dəyəri xeyli baha olan Məişət Evi;
- Neftçalanın mərkəzində 8 ticarət mərkəzi; 
- Tikinti-quraşdırma şirkəti;
- 100 hektardan çox torpaq sahəsi;
- Tikintisi davam etdirilən onlarla ticarət obyekti və sairə. 


Bu siyahıda adı keçən tikinti-quraşdırma şirkəti kifayət qədər diqqət çəkəndir. Ona görə ki, Neftçalada İsmayıl Vəliyevlə birləşən Rəşid Manafov bir sıra tenderlərin qalibləri kimi çıxış ediblər. JAM.AZ bildirir ki, dövlət büdcəsindən abablıq və quruculuq işlərinə görə ayrılmış vəsaitlərin silinməsi üçün nəzərdə tutulmuş həmin şirkətin işlərini isə başqaları həyata keçirib. Hazırda Maliyyə İdarəsinin müdirinə məxsus şirkətin adını dəqiqləşdirməyə çalışırıq. 
Qeyd edək ki, Neftçala Maliyyə İdarəsinin müdirinin təkcə biznesdə deyil, idarəetmədə də əli var. Məsələn, onun bacısı oğlu Aydın Aslanov hazırda rayon bələdiyyəsinin sədridir. Aslanov əvvəllər Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədirlik edib. «Amma onun Qarabağ müharibəsinə nə vaxt getdiyi və hansı istiqamətdə döyüşdüyü barədə nə bilən var, nə də eşidən».

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300