Əhali ayağa qalxdı: Baş nazir
komissiya yaratdı
İraq Parlamentinin növbəti iclası baş tutmayıb. Baş nazir Abadinin rəhbərliyi ilə kəşfiyyat, təhlükəsizlik qüvvələri və polisdən ibarət komissiya yaradılıb.
Bu haqda Axa.az-a İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi məlumat verib.
"Sözügedən komissiya İraqda parlament seçkiləri zamanı türkmanların yaşadığı ərazilərdə, xüsusən də Kərkükdə olan seçki saxtakarlığını araşdıracaq”, - o bildirib.
Xatırladaq ki, İraqda 12 may tarixində parlament seçkiləri keçirilib. Türkmanların yaşadığı ərazilərdə seçki saxtakarlığına yol verildiyi iddia edilir.
Hazırda Kərkükdə soydaşlarımız seçki saxtakarlığına qarşı etirazları davam etdirir.