Şuay Alpay: "Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”

 

"Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Gəncə şəhərində "Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirdə çıxışı zamanı bildirib.

O, ailəsi haqqında danışıb: "Anamın atası Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi məhz Məhəmməd Qasım bəyə tapşırılıb. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra belə o, silahını yerə qoymayıb və dağlara çəkilərək 1932-ci ilədək bolşeviklərə qarşı mübarizə aparıb. Xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınan babam Sovet hakimiyyətinin təqiblərindən qurtulmaq üçün Türkiyəyə mühacirət edərək Elazığ şəhərində məskunlaşıb".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300