Putin növbəti prezidentlik müddəti ilə bağlı sualı cavablandırıb

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Konstitusiyasının müddəalarına qətiyyətlə riayət edir ki, bu da iki dəfə ardıcıl müddətdə prezidentliyə seçilmək imkanı vermir.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, beynəlxalq informasiya agentliklərinin rəhbərləri və baş redaktorları ilə görüşü zamanı deyib.

"Mən həmişə Rusiya Konstitusiyasına qətiyyətlə riayət etmişəm və edirəm. Konstitusiyada aydın şəkildə yazılıb: ardıcıl iki müddətdən artıq olmaz. Və indi məndə ikinci müddətdir. Əgər xatırlayırsınızsa, mən bunadək iki dəfə prezident olmuşam, sonra isə prezident postunu tərk etdim, çünki Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir. Bu qədər. Və mən gələcəkdə də bu qaydalara riayət etmək niyyətindəyəm", — deyə Putin əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300