Ölkəmizdə elektron ticarətin inkişafı ləngiyir: çıxış yolu nədir?

 

Azərbaycanda onlayn alış-verişin həcmi 1,5 faiz deyil, çünki...

Dünyada iqtisadi baxımdan yüksək inkişaf yolu keçmiş ölkələrdə əsas göstəricilərdən biri də elektron ticarət həcminin pərakəndə ticarəti üstələməsidir. Hazırda bir çox ölkədə ticarət dövriyyəsində onlayn alış-verişin həcmi yüksələn xətlə artmaqdadır. Azərbaycanda isə elektron ticarət həcmi ümumi ticarət dövriyyəsinin heç 1,5 faizini belə əhatə etmir. Əksinə, hökumətin son illər verdiyi qərarlar, xüsusən də onlayın ticarətin vergiyə cəlb olunması ona olan marağı bir qədər də azaldıb.

Dünyada iqtisadi baxımdan yüksək inkişaf yolu keçmiş ölkələrdə əsas göstəricilərdən biri də elektron ticarət həcminin pərakəndə ticarəti üstələməsidir. Hazırda bir çox ölkədə ticarət dövriyyəsində onlayn alış-verişin həcmi yüksələn xətlə artmaqdadır. Azərbaycanda isə elektron ticarət həcmi ümumi ticarət dövriyyəsinin heç 1,5 faizini belə əhatə etmir. Əksinə, hökumətin son illər verdiyi qərarlar, xüsusən də onlayın ticarətin vergiyə cəlb olunması ona olan marağı bir qədər də azaldıb.

İqtisadçı ekspertlər isə hesab edir ki, elektron ticarəti təşviq etmək üçün xüsusi vergi güzəştlərinin tətbiqi vacibdir. Əks halda biz bütün dünyanın getdiyi bu yolda axının əksinə üzməli olacağıq.

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Yeni Müsavat”a açıqlamasında dünyada elektron ticarətin yaranmasından və hazırkı inkişaf mərhələsindən danışdı:"Elektron ticarət dedikdə internet vasitəsilə onlayn və ya oflayn icra edilən əməliyyatlar nəzərdə tutulur. Termin məhz keçən əsrin sonlarında İBM şirkəti tərəfindən yaradıldı və getdikcə dünyada yayılmağa başladı. İlk internet-mağaza tipli saytın əsası 1979-cu ildə Böyük Britaniyada Mixael Aldrik tərəfindən qoyulub. 1980-ci ildə artıq "Ford", "Peugeot”, "General Motors” və "Nissan” kimi irimiqyaslı avtomobil istehsalçıları internet-mağazalardan istifadə etməyə başladılar. Anlaşıldığı kimi, ilk virtual mağazalar öncələr avtomobil sənayesi təmsilçiləri ilə məhdudlaşırdı. 1990-cı ildən etibarən elektron ticarətdən müəssisə resurslarının planlaşdırılması, intellektual analiz və məlumatların saxlanması üçün istifadə edilməyə başlandı. 2000-ci ildən başlayaraq isə əsasən Amerika və Avropa şirkətləri öz məhsul və xidmətlərini internet vasitəsilə təqdim etməyə başladılar və getdikcə bütün dünyada geniş vüsət aldı".

V.Əhmədovanın sözlərinə görə, elektron ticarət 4 qrupa ayrılır:"Müəssisələr arasında (B2B), müəssisə ilə istehlakçı arasında (B2C), istehlakçılar arasında (C2C) və istehlakçı ilə sahibkar (C2B) arasında həyata keçirilən elektron ticarət... Daha sonralar ağıllı telefonların, planşetlərin, sosial media platformalarının yaranması ilə yeni e-ticarət formaları da ortaya çıxdı. Elektron alış-verişdə kitablar, audio-vizual materiallar, elektron əşyalar, elektrik alətləri, tibbi və kosmetoloji məhsullar, geyim və mebel kimi mallar əsas yerləri tutdu. 2012-ci ildə qlobal miqyasda 25% olan e-ticarət, son üç ildə 60%-ə çatıb. Dünya miqyasında həyata keçirilən e-ticarət həcminin regional bölgü nisbətinə baxsaq görərik ki, 34% Şimali Amerika, 31% Asiya-Sakit Okean, 27% Qərbi Avropa, 4% Şərqi Avropa, 3% Latın Amerikası, 2% Yaxın Şərq və Afrika bölgəsinin payına düşür. E-ticarət həcminə görə ilk beşlikdəki ölkələr ABŞ, Çin, İngiltərə, Yaponiya və Almaniya sayılır. Onlayn ticarət dövriyyəsi 2016-cı ildə 2 trilyon dollar olduğu halda, 2018-ci ildə qlobal e-ticarətin həcmi 2,5 trilyon dollar səviyyəsinə çatdı, 2020-ci ildə isə 4 trilyon dollar olacağı gözlənilir”.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

 

İqtisadçı onu da vurğuladı ki, ölkəmizdə elektron ticarət dövriyyəsi həddindən artıq məhdud həcmdədir:"Azərbaycanda 2017-ci ilin yanvar-mart ayları üçün pərakəndə ticarət dövriyyəsi 7,9 milyard manat təşkil etdiyi halda, e-ticarət bazarının həcmi cəmi 10,1 milyon manat olub. Ölkəmizdə e-ticarət həcminin az olmasının bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk öncə, ölkəmizdə bank kartlarının illik qiymətlərinin kifayət qədər yüksək olduğunu qeyd etmək istərdim. Kartların qiyməti növündən asılı olaraq 8 manat ilə 650 manat arasında dəyişir. Ölkəmizdə hazırda istifadədə olan cəmi ödəniş kartlarının sayı 5 milyon 558 min ədəd təşkil edir ki, onların da 2 milyon 545 min ədədi sosial, 1 milyon 702 min ədədi əmək haqqı, 745 min ədədi isə digər kartlardır. Əmək haqları və təqaüdlər plastik kartlarla verilir ki, insanlarımızın böyük əksəriyyəti bu kartlardan yalnız nağd pulun çıxarılması üçün istifadə edirlər. Müqayisə üçün bildirmək istərdim ki, Türkiyə istifadədə olan bank kartlarının sayı 131 milyon 600 min ədəddən çoxdur. Bu ölkədə internet vasitəsilə kartlı ödəmələr ildən ilə artmaqdadır, hər 5 kredit kartından 2-si internet alış-verişində istifadə olunur. Bundan əlavə, ölkəmizdə bir çox onlayn market saytları özlərinin fiziki ünvanlarını göstərmirlər, bu isə alıcıların internet mağazalara inamını azaldır. Digər bir səbəb kimi, e-ticarət saytlarında və hətta böyük şirkətlərin saytlarında belə axtarış sistemlərinin optimallaşdırılmasının aşağı səviyyədə olduğunu, onlayn marketlərin bloqunun mövcud olmadığını qeyd etmək istərdim. Çatdırılma xidmətlərindəki bəzi cüzi problemləri də bura daxil edə bilərik”.

V.Əhmədova diqqətə çatdırdı ki, onlayn alış-verişin vergiyə cəlb olunması bu istiqamətdə inkişaf sürətini bir qədər də azaltdı:"Xatırladım ki, 2016-cı ildə hökumətimiz internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18%-lik ƏDV tətbiq etdi. Bildiyiniz kimi, Azərbaycanda "Elektron ticarət haqqında" qanun qəbul edilib. Qanun elektron ticarət qaydalarından tutmuş, işlərin və xidmətlərin təqdim edilməsi, elektron ticarətin iştirakçısı olan satıcı və alıcıya dair tələbləri müəyyən edən normalaradək özündə ehtiva edir. Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəalar əlavə edildi. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə elektron ticarət qaydasında göstərilən xidmətlərdən, ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Hazırda demək olar ki, elektron ticarət xüsusən sahibkarlar üçün sərfəlidir. Elektron ticarətin ölkəmizdə geniş vüsət alması üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. E-ticarəti ƏDV-dən azad etməklə istehlakçılar üçün daha sərfəli hala gətirmək olar. Nağdsız ödənişlərin payının artırılması bizə "kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmaq imkanı verə bilər. Kağız pulların az istifadəsi ölkədə cinayətkarlığın sayının azalmasında da mühüm rol oynayır. E-ticarətin artırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsi mütləqdir. Dünyanın bütün inkişaf etmiş ölkələrində ödəniş kartları vasitəsi ilə hesablaşmalar daha sərfəlidir. İnsanlara e-ticarət şəbəkələrində endirimlər əldə etmək imkanları verilir".

Nərgiz LİFTİYEVA

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300