Ermənistandakı rus bazaları çıxarılır –Paşinyana ŞOK TƏKLİF

Ermənistanın Baş naziri Nikol Paşinyanın ordu daxilində apardığı kadr islahtlarına dair ilginc məqamlar üzə çıxmağa başlayıb. Keçmiş prezident Serj Sərkisyana və Rusiyaya yaxınlığı ilə seçilən yüksək rütbəli hərbi kadrları Silahlı Qüvvələrdən uzaqlaşdıran qiyamçı baş nazir növbəti mərhələdə bununla bağlı daha ciddi addım ata bilər.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV-i Nikol Paşinyana Rusiyanın bu ölkədəki hərbi bazalarının çıxarılması təklif edilib.

Erməni mənbələrin iddiasına görə, baş nazir təklifi müzakirə edəcəyini bildirib:

"Lakin onun birdən-birə bu addımı ataraq, Rusiya kimi əli-qolu Ermənistanda geniş olan real bir təhlükənin qabağında dayanacağı inandırıcı görünmür. Bununla belə o, məhdud çərçivədə bunun yaxın gələcəldə mümkün ola biləcəyi ehtimalından da danışıb.

Şübhəsiz ki, Nikol Paşinyan indiki məqamda Azərbaycanla müharibə vəziyyətində Rusiyaya məxsus bazaların Ermənistanın təhlükəsizliyinin yeganə "sığorta vəsiqəsi” olduğunu başa düşür. Buna görə də inandırıcı deyil ki, ən az indiki halda bu bazaların çıxarılması ilə bağlı təklifi nəzərdən keçirəcək. O, Ermənistanın təhlükəsizliyini alernativ variantlarla qarantiyaya almamış bunu etməyəcək. Lakin dəqiq olan məlumat budur ki, Paşinyan Rusiyadan hansı formada xilas olmağın yolları üzərində baş sındırır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300