Dünyanın ən nəhəng neft treyderi sayılan "Vitol” şirkəti neft qiymətlərinin 2026-cı ilə kimi 1 barel üçün 40-60 dollar arasında qalacağını bildirib.
Xarici KİV xəbər verir ki, treyder Çin iqtisadiyyatındakı ləngimələrin və Amerikada şist qazının ixtirasının istənilən karbohidrogen xammalının qiymətindəki artıma mane olduğunu bildirib. "Biz düşünürük ki, neftin qiymətləri 40-60 dollar diapazonunda dəyişəcək. Bu 5-10 il ərzində belə olacaq”.

"Vitol” şirkətinin prezidenti Yan Teylor yaxın gələcəkdə neftin üçrəqəmli qiymətə satılmayacağını deyib.

Teylorun fikrincə, Çin və şist qazı inqilabı ilə yanaşı, təklifin tələbi üstələməsi, İranın neft bazarına qayıtması və inkişaf etmiş ölkələrin neftdən daha qənaətlə istifadə etməyə öyrənməsi "qara qızıl”ın bahalaşmasına mane olan amillərdir.

Dünya tarixində ən ucuz neft dövrü 1986-1999-cu illərdə olub. Bu dövrdə neft 10 dollardan 20 dollara qədər qiymətə satılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300