Şəhidlərimizi tanıyaq və unutmayaq!   


Allah bütün şəhidlərimizə rəhmət eləsin!


İsmayılov Məzahir Sədi oğlu 9 oktyabr 1961-ci ildə Laçın rayonunun Yuxarı Cicimli kəndində doğulmuşdur. 1979-cu ildə Cicimli kənd orta məktəbini, 1980-ci ildə isə Sumqayıt şəhərində Texniki Peşə Məktəbini bitirmişdir. 1980-1982-ci illərdə SSRİ daxili qoşunlarında xidmət etmişdir. 1990-cı ildə Laçın rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölüyə polis serjantı kimi üzv yazılmışdır. Doğma torpaqlarımız uğrunda mərdliklə döyüşmüş, Laçın rayonunun Fərəcan, Suarası, Pircahan, Cicimli, Səfiyan, Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirmişdir.

Laçınla yanaşı Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətləri olmuşdur. 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı — Sədi və Sahilə yadigar qalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş starşina İsmayılov Məzahir Sədi oğlu (ölümündən sonra) "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300