Quran öyrənməyə fürsət ayı -"Ramazan"

Bismilləhir Rahmənir Rahim

İslamın təkid etdiyi bir sıra işlərin ən önəmli olanlarından biri də Quran oxumaqdır. Allahın ayı olan Ramazan ayında Allah təala bu əməlin əcrini bəndələrinə rəhmət olaraq 2 qat hesab edir. Quran Ramazan ayında nazil olduğu üçün bu ay Quranın baharıdır. O üzdən müsəlmanlara laiq deyil ki, bu ayın bərəkətindən istifadə etməmiş olsunlar.

İmam Sadiq (ə) buyurur: " Kim Ramazan ayında Qurandan bir ayə oxusa , digər aylarda Quran xətm edən şəxs kimidir".

İmam Baqir (ə) buyurur: " Hər bir şeyin baharı vardır. Quran baharı isə Ramazan ayıdır. " Lakin , əfsus olsun müsəlmanlardan bir sıra fərdlər hələ də Quran oxuya bilmirlər və bu əməlin icrasında çalışqan deyildirlər. Bu dəstə üçün şəhrullah olan (Allahın ayı) Ramazan ayı özü ilə rəhmət gətirib və bu şəxslər gərək bu rəhmət və bərəkəti əldən verməyələr. Nəticə olaraq vaxtı ötürmədən Quran müəllimlərinə müraciət etsinlər. Heç bir mömin və möminəyə laiq deyilki bu dünyanı Quran oxuya bilmədən tərk etsin.

Hz. Muhəmməd (s) buyurur: " Möminə Quranı öyrənməmiş olması və Quranı öyrənmədən dünyadan getməsi laiq deyildir. " Digər bəzimizdə mövcud olan vaxt sıxlığı, iş yorğunluğu, şəraitsizlik və zehni zəiflik bizə bu əməli yerinə yetirməkdə mane olmamalıdır. Hər bir çətin işin özü qədər ləzzəti və əcri vardır.

İmam Sadiq (ə) buyurur: " Quranı çətinliklə öyrənənin iki savabı vardır. Onu asanlıqla öyrənən isə birincilərlə birgə olar. " Eyni zamanda Quran , Allahın bəndələri ilə əhd peymanıdır. Əhdə vəfa etməyən şəxsə vəfasız deyilər və etibar olunmaz. Gərək biz ölk öncə Allah təala ilə aramızda olan əhdə qarşı məsuliyyətsizlik etməyək ki, digər insanlardan da özümüzə qarşı etibar, vəfadarlıq və əminlik gözləmiş olaq. Əksi halda ilk əmanətdar olmayan biz özümüz oluruq.

İmam Sadiq (ə) buyurur: " Quran Allahın Öz bəndələri ilə əhd-peymanıdır. Həqiqətən də , hər bir müsəlmanın gün ərzində öz əhd-peymanına baxıb , gündə əlli ayə oxuması gərəklidir. " Digər cəhətdən Quran Allah təala uzanan iki ipdən biridir. Bir ip , Əhli beytdir (ə) , digəri Allahın kitabı Qurani-Kərimdir. Bu ipdən tutmağın , ona sarılmağın ilk mərhələsi Quran oxumaq , Quran oxumağı bacarmaqdır. " Və hamılıqla Allahın ipindən möhkəm yapışın və " Və hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın. "[Ali-imran/103] Bu səbəbdən , hər bir müsəlman fərd , Quran oxumağı bacarmalı və əhdinə riayət etməlidir. Bu əməli həyata keçirmək üçün isə Ramazan ayı ən gözəl fürsətdir. Bu fürsəti əldən verməyək .

 

İlahiyyatçı-Şahlar Şıxalıyev


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300