Bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur -FOTOLAR

 

Nizami rayonu, Mehdi Abbasov küçəsində aylardır ki, dayanacaqlar var, ancaq avtobus yoxdur. Küçədə olan ən müasir dayanacaqda biri on min manata başa gələn nəqliyyatın intelektual idarəetmə sistemini özündə əks etdirən monitorlar, sərnişinlərin əyləşmələri üçün skamyalar da quraşdırılıb. Lakin marşrut xətti unudulub.

Sakinlər musavat.com-a şikayət edərək bildiriblər ki, əvvəllər buradan avtobus keçsə də, sonradan dayanacaqları saxlayıb, avtobusları yışdırdılar:

"Buradan əvvəl Binəyə, Sədərəyə, Zabrata işləyən avtobuslar keçirdi ki, onlar vasitəsilə metroya qədər gedirdik. İndi isə metroya getmək üçün gərək bir kilometrdən çox piyada yol gedək. Dayanacaq varsa, bu boyda küçədə nə üçün avtobus olmamalıdır?",-deyə sərnişinlər bildirdilər. Müşahidə etdik ki, dayanacaqda bir nəfər sərnişin dayanıb, avtobus gözləyir. Sakinlər bildirdilər ki, bu dayanacaqlarda hər gün kimlərsə dayanıb, avtobusun gəlməyini gözləyir. İnsanlar inanmırlar ki, dayanacaq quraşdırıldığı halda avtobus olmasın. Onu da qeyd edək ki, dayanacaqlar yolun hər iki tərəfində quraşdırılıb. Yolun üstündə şadlıq sarayları, stomatoloji klinikalar və hətta bu yaxınlarda açılışı olan Bona Dea Beynəlxalq Hospitalı da yerləşir.

Məsələ ilə bağlı küçənin sakinləri ötən il də musavat.com-a müraciət edib, öz şikayətlərini bildirmişdilər. Həmin vaxtıBakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev aşağıdakıları bildirmişdi:"Problem tezliklə öz həllini tapacaq.

Yaxın vaxtlarda 15 və 40 nömrəli marşrut xətləri üzrə avtobusların son dayanacaq məntəqəsi məhz həmin ərazidəki məntəqəyə keçiriləcək. Məqsəd həm dediyiniz ərazidə sakinlərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, həm də metronun "Qara Qarayev” stansiyası yaxınlığında avtobus dayanacaq məntəqəsindəki sıxlığı avtobusların xaotik hərəkətini aradan qaldırmaqdır”.
Lakin artıq bir ildən çox vaxt keçib, problem hələ də öz həllini tapmayıb.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300